Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir Qurum Göygöl Zona Baytarlıq Laboratoriyasının binasını təmir etdirmək istəyir
ASK
28 Fevral , 2017 10:48
Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

Bakı. 28 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Göygöl Zona Baytarlıq Laboratoriyasının inzibati binasının əsaslı təmiri məqsədi ilə açıq tender elan edib.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, tenderdə iştirak haqqı 150 manatdır. İddiaçılar ilkin sənədləri martın 28-nə qədər, tender təkliflərini isə aprelin 4-nə qədər DBNX-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə ünvanına təqdim etməlidirlər. 

Təkliflərə aprelin 5-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər. 

Son xəbərlər

Orphus sistemi