Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə idxal olunan yumurta ilə əlaqədar açıqlama yayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə idxal olunan yumurta ilə əlaqədar açıqlama yayıb DBNX: İdxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil
ASK
18 İyul , 2016 17:56
Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə idxal olunan yumurta ilə əlaqədar açıqlama yayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bir sıra kütləvi informasiya vasitələrində idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onun satılması barədə məlumatlar verilib. 

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) "Report"a bildirib ki, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib.

Aparılan müayinələrin nəticəsinə görə, bu ilin müvafiq dövrü ərzində ölkəyə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. İdxal olunan heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur.

Son xəbərlər

Orphus sistemi