"Dövlət Aqrar Ticarət Şirkəti" Gürcüstana məhsul ixracına başlayıb

"Dövlət Aqrar Ticarət Şirkəti" Gürcüstana məhsul ixracına başlayıb Kənd Təsərrüfatı Nazirliyinə məxsus Dövlət Aqrar Ticarət Şirkəti MMC ötən həftə ilk dəfə Gürcüstana məhsul ixrac edib.
ASK
27 İyun , 2019 14:38
Dövlət Aqrar Ticarət Şirkəti Gürcüstana məhsul ixracına başlayıb

Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ötən həftə ilk dəfə Gürcüstana məhsul ixrac edib.

Bu barədə “Report”a qurumun Mətbuat katibi Mayis Musayev deyib.

Onun sözlərinə görə, bu, 51 ton soğan olub. 

“Hazırda Gürcüstana başqa məhsulların ixracı üzərində iş gedir. Sözügedən ixrac sınaq olaraq həyata keçirilib. Növbəti mərhələdə əlavə məhsullar da ixrac olunacaq. İndiyə qədər isə şirkət Rusiyaya, Ukraynaya, BƏƏ-yə müxtəlif məhsulların ixracını həyata keçirib", - o qeyd edib. 

Xatırladaq ki, "Dövlət Aqrar Ticarət Şirkəti" 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahının artırılmasına xidmət etməkdir.

Son xəbərlər

Orphus sistemi