Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) respublika müşavirəsi keçirilib.
“Report” bu barədə Kənd Təsərüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir.
Məlumata görə,
Müşavirəni giriş sözü ilə açan İ.Kərimov bildirib ki, Prezident
Nazir qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər: “Bu istiqamətlərdə bir sıra addımlar atılıb, qarşıda duran məsələlərin həlli istiqamətində çox ciddi işlər görülüb. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğu üçün biz məqsədlərimizə çatmaq üçün qarşımıza qoyulan bütün vəzifələrin icrasını təmin etməli və İ.Əliyevin qarşımızda qoyduğu vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq".
Daha sonra KTN yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev “Aqrar xidmətlərin təşkili və keyfiyyətinə nəzarət”, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev “Yeni subsidiya qaydalarının tətbiqi və bu sahədə mövcud vəziyyət”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Aqrar sahədə məhsuldarlığın və keyfiyyət göstəricilərinin artırılması istiqamətində təlimlərin keçirilməsi və innovativ texnologiyaların tətbiqi”, nazirliyin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Asif İsmayılov “Elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər. Biləsuvar DAİM-in rəhbəri Nurəddin Quliyev isə çıxışında aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunub.
Müşavirədə taxılçılıq, pambıqçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük sahələri və şəkər çuğunduru istehsalı, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, yeni subsidiya qaydaları ilə bağlı görülən işlər ətrafında müzakirə aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət Proqramlarının icrası, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarının fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Müşavirədə yekun nitqi söyləyən nazir İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətlərində qarşıda duran əsas vəzifələrə toxunub. Yerli qurumların əsas vəzifəsinin daim fermerlərə yüksək səviyyədə xidmət göstərmək olduğunu deyən nazir bildirib ki, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyəti gücləndirmək vacibdir. Bu ili ölkə prezidentinin “Könüllülər ili” elan etdiyini xatırladan İ.Kərimov DAİM-ləri Aqrar İnkişaf Könüllüləri ilə aktiv işləməyə və onlara davamlı dəstək göstərməyə çağırıb.
Nazir DAİM-lərin Respublika Müşavirəsində qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.