Bakı. 26 iyul. REPORT.AZ/ "Son dövrlər bir sıra elektron və kütləvi informasiya vasitələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun rəhbərliyi barədə qərəzli, yalan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, dərc edilən və yayımlanam məqalələrdə göstərilən fikirlər həqiqəti əks etdirmir, məqsədli və qərəzli şəkildə yayılan bu məlumatlar Dövlət Xidmətinin iş ahəngini pozmağa və onun rəhbərliyinə qərəzli şəkildə qara yaxmağa xidmət edir."
"Report" xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məlumatında qeyd olunub.
"Təəssüf edirik ki, bəzi elektron və kütləvi informasiya vasitələri köhnə məlumatları oxuculara yeni material kimi təqdim edirlər. Belə ki, dia.az, xalqxeber.az və digər saytlarda yazı və video formatında (“Baytarlıq idarəsi rüşvət yığır” -
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bütün bunlar hamısı müəyyən şəxslər tərəfindən qərəzli şəkildə xidmətin iş ahəngini pozmaq və xidmət rəhbərliyinə qarşı qara yaxmaq məqsədi daşıyır.