Daha bir ölkədən Azərbaycana tomat şirəsi tədarükünə başlanılıb

ASK
  • 06 yanvar, 2023
  • 10:23
Daha bir ölkədən Azərbaycana tomat şirəsi tədarükünə başlanılıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 132,7 min ABŞ dolları dəyərində 164,51 ton tomat şirəsi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41,3 %, kəmiyyət olaraq – 7,2 % çoxdur.

Hesabat dövründə Rusiyadan 109,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55 % çoxdur) 136,63 ton (+11,5 %), Belarusdan 8,1 min ABŞ dolları dəyərində (-24,5 %) 13,71 ton (-25 %), İspaniyadan 3,65 min ABŞ dolları dəyərində (+2,5 dəfə ) 1,86 ton (+11,4 %), Almaniyadan 3,4 min ABŞ dolları dəyərində (+93,2 %) 3,63 ton (+2,8 dəfə), Avstriyadan 2,96 min ABŞ dolları dəyərində 3,09 ton (1 il 1 aydan sonra tədarük bərpa edilib) məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən tədarük həyata keçirilib. Həmin ölkədən 0,23 min ABŞ dolları dəyərində 0,38 ton şirə alınıb.