Daha bir ölkədən Azərbaycana mərci idxalına başlanılıb

ASK
  • 30 dekabr, 2022
  • 13:02
Daha bir ölkədən Azərbaycana mərci idxalına başlanılıb

Bu ilin ilk 10 ayında Azərbaycana 6,254 milyon ABŞ dolları dəyərində 5 min 808 ton mərci idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 58,2 % çoxdur.

Qazaxıstandan 2,933 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə artıb) 2 min 519 ton (+84 %), Rusiyadan 1,562 milyon ABŞ dolları dəyərində (+3,1 dəfə) 1 min 802 ton (+2,8 dəfə), Qırğızıstandan 1,369 milyon ABŞ dolları dəyərində (+26,2 %) 1 min 179 ton (-11,2 %), Kanadadan 371,79 min ABŞ dolları dəyərində (+47 %) 296,5 ton (+7,6 %), Türkiyədən 14,42 min ABŞ dolları dəyərində (-75 %) 9 ton (-82 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malavidən tədarük həyata keçirilib. Həmin ölkədən 0,37 min ABŞ dolları dəyərində 0,22 ton mərci alınıb.

Ötən il Azərbaycanın idxal (13 ölkədən) etdiyi 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti