Çindən Azərbaycana 7 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumu gətirilib

Çindən Azərbaycana 7 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumu gətirilib Toxumlar inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb
ASK
17 Aprel , 2018 16:46
Çindən Azərbaycana 7 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumu gətirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tender müqaviləsi əsasında Çindən alınması nəzərdə tutulan 13 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumunun (qrena) 7 min qutusu bu gün ölkəyə gətirilib. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, toxumlar inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Stansiyada inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Aprelin 24-də isə ikinci mərhələdə daha 6 000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir. Bununla yanaşı, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarının və kümçülərin damazlıq barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi