Çin Azərbaycana şabalıd ixracını kəskin artırıb

ASK
  • 04 iyul, 2022
  • 12:55
Çin Azərbaycana şabalıd ixracını kəskin artırıb

Bu ilin ilk 4 ayında Azərbaycana xaricdən 1,693 milyon ABŞ dolları dəyərində 807,93 ton şabalıd (qabıqlı və qabığı təmizlənmiş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Çindən 1,366 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3 dəfə artıb) 633,25 ton (+3,3 dəfə), Gürcüstandan 272,1 min ABŞ dolları dəyərində (+9,7 %) 148,2 ton (+0,7 %) və Türkiyədən 54,61 min ABŞ dolları dəyərində 26,51 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (3 ölkədən) aldığı 946 ton şabalıdın 53 %-i Gürcüstanın, 33 %-i Çinin, 14 %-i Türkiyənin payına düşüb.