Çexiyadan Azərbaycana tərəvəz toxumu tədarükü bərpa edilib
- 27 sentyabr, 2022
- 13:11
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 7,392 milyon ABŞ dolları dəyərində 69,28 ton tərəvəz toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 90 % çoxdur.
Hesabat dövründə Fransadan 1,073 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 dəfə çoxdur) 10,79 ton (+6,5 dəfə), Perudan 1,030 milyon ABŞ dolları dəyərində (-44,1 %) 0,04 ton (-43 %), Braziliyadan 959,46 min ABŞ dolları dəyərində (+9,3 dəfə) 0,05 ton (-80 %), Qvatemaladan 844,13 min ABŞ dolları dəyərində (+100 dəfə) 0,01 ton (dəyişməyib), Türkiyədən 751,18 min ABŞ dolları dəyərində (+6,1 %) 11,88 ton (+82 %) məhsul alınıb.
İki il 4 ayın tamamında Çexiyadan tədarük bərpa edilib. Həmin ölkədən müvafiq olaraq 35,66 min ABŞ dolları dəyərində 14,26 ton tərəvəz toxumu alınıb.