Cəlilabadda intensiv yağıntılar çiyələyin məhsuldarlığını aşağı salıb
ASK
- 18 may, 2024
- 17:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib.
Fermerlərin "Report"un yerli bürosuna verdiyi məlumata görə, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.
Həmçinin onlar qeyd edib ki, hava şəraiti belə davam edərsə, məhsul tamamilə məhv olacaq.
Məhsuldarlığın aşağı düşməsi artıq qiymətdə də özünü göstərir. Belə ki, 20 gün əvvəl 1 manat 50 qəpiyə qədər ucuzlaşan çiyələk artıq 2 manata qədər bahalaşıb.
Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il rayonda 560 hektar sahədə çiyələk əkini aparılıb.
Son xəbərlər
06:42
Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
İqtisadiyyat06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58