Cəlilabadda fermerlər çiyələk yığımında işçi çatışmazlığı ilə üzləşiblər

Cəlilabadda fermerlər çiyələk yığımında işçi çatışmazlığı ilə üzləşiblər Cəlilabad rayonunda fermerlər çiyələk yığımında işçi çatışmazlığı ilə üzləşiblər.
ASK
26 May , 2023 17:28
Cəlilabadda fermerlər çiyələk yığımında işçi çatışmazlığı ilə üzləşiblər

Cəlilabad rayonunda fermerlər çiyələk yığımında işçi çatışmazlığı ilə üzləşiblər.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu səbəbdən məhsulun yığımında müəyyən ləngimələr yaranıb. Sahibkarlar deyir ki, yetişmiş məhsulun tarlalarda qalması isə onun xarab olmasına, bununla da maddi itkilərə səbəb olur.

Fermerlər bildirib ki, işçi qüvvəsi çatışmazlığına səbəb isə əkin sahələrində işləmək istəyənlərin sayının xeyli az olmasıdır.

Sahibkarlar buna görə də məcburiyyət qarşısında qalıb məhsul yığımına digər rayonlardan işçi qüvvəsi cəlb etdiklərini söyləyiblər. Amma həmin günəmuzd işçilərin uzaq rayondan gəldiklərinə görə onlara verilən ödənişlərin məbləği də çox olur. Bu səbəbdən də sahibkarlar maddi itki ilə üzləşdiklərini qeyd ediblər:

"İşçi çatışmazlığı fonunda məhsulların sahələrdən yığılmasında ləngimələr müşahidə edirik. Təkcə çiyələk sahələrində deyil, digər kənd təsərrüfatı sahələrində də işçi azlığının səbəbi ilk növbədə ildən-ilə artan məhsuldarlıqla bağlıdır. Üstəlik, rayonun kənd təsərrüfatı məhsullarının xaricə ixracında da ciddi artımlar baş verib. İşçilər burada daimi işlə təmin edilirlər. Sahələrdə ilboyu iş mövcuddur. İşçilərə isə minimum əmək haqqından dəfələrlə çox - 420 manatdan 600 manatadək zəhməthaqqı verilir".

Qeyd edək ki, Cəlilabadda kənd təsərrüfatı sahələrində mövsümü məhsul yığımı davam edir. Son illər rayonun kənd təsərrüfatında çiyələk əkini əsas yerlərdən birini tutur. Qabaqcıl texnologiyaların tətbiqi ilə alınan məhsul təkcə daxili bazara deyil bir sıra qonşu, eləcə də Ərəb yarımadası ölkələrinə ixrac edilir. Çiyələk əkini ilə mindən çox fermer məşğul olur.

Son xəbərlər

Orphus sistemi