​"Carlsberg" "Baltika"nın Rusiyada iki zavodunun bağlanmasına görə 6,5 mlrd. rubl silib

​"Carlsberg" "Baltika"nın Rusiyada iki zavodunun bağlanmasına görə 6,5 mlrd. rubl silib Pivə istehsalı ilə məşğul olan tanınmış şirkət itkilərini açıqlayıb
ASK
3 Mart , 2015 20:55
​Carlsberg Baltikanın Rusiyada iki zavodunun bağlanmasına görə 6,5 mlrd. rubl silib

Bakı. 3 mart. REPORT.AZ/ Danimarkanın "Carlsberg" şirkəti 2014-cü il ərzindəki fəaliyyətinə dair hesabatında Rusiyada "Baltika" şirkətinin iki pivə hazırlayan zavodunun bağlanmasından əldə olunan 703 mln. həcmdə Danirmarka kronunun (təxminən 6,5 mlrd. rubl) dəyərdən düşməsi nəticəsində yaranan itkisi əksini tapıb.

"Baltika" 2014-ci ilin sonunda aprelin 30-dan başlayaraq Çelyabinsk və Krasnoyarskda zavodlarının bağlanacağını elan etmişdi. On müəssisədən ikisinin bağlanması nəticəsində şirkətin Rusiyada zavodlarının ümumi istehsal gücü gözlənildiyi kimi təxminən 15% azalacaq.

"Baltika" bu qərarı mürəkkəb makroiqtisadi şərait və Rusiyada bu sahənin balanslaşdırılmamış nizamlanması və vergi tətbiqi ilə bağlı pivə bazarının davam edən ümumi azalması şəraitində qəbul edib.

2014-cü ilin nəticələrinə görə Rusiyada "Carlsberg"in mədaxili 2013-cü illə müqayisədə 21% azalıb və 11 mlrd. Danimarka kronunu (101,75 mlrd. rubl) üstələyib.

2014-cü ilin 31 dekabr tarixinə görə, şirkətin Rusiya və Ukraynada ümumi aktivlərinin dəyəri 2013-cü illə müqayisədə rubl və qriveninin devalvasiyası nəticəsində 23,9 mlrd. Danimarka kronu (təxminən 220 mlrd. rubl) azalıb.

"Carlsberg"in dövriyyədən kənar aktivləri Rusiyada ötən ilin nəticələrinə görə 35,5 mlrd. Danimarka kronuna qədər (327 mlrd. rubl) 19,3 mlrd. Danimarka kronu azalıb.

"Carlsberg Group" 1847-ci ildə təsis edilmiş Danimarka pivəhazırlama şirkətidir. "Carlsberg Group"un 2014-cü ildə gəliri 2% artaraq 64,5 mlrd. Danimarka kronuna (təqribən 9,9 mlrd. dollar) yüksəlib.

Qeyd edək ki, "Carlsberg"ın tərkibinə daxil olan "Baltika" PZ-nin Rusiyadakı 8 zavodundan başqa, Azərbaycanda da bir zavodu fəaliyyət göstərir. Şirkətin həmçinin fərdi aqrolayihəsi də inkişaf edir. "Baltika" 30-dan artıq pivə markası ("Baltika", "Arsenalnoe", "Nevskoye", "Yarpivo", "Tuborg, "Carlsberg", "Kronenbourg 1664") və 10 pivə olmayan brendə malikdir.

"Baltika" məhsulu dünyanın 75-dən artıq ölkəsinə tədarük edilir. 

Son xəbərlər

Orphus sistemi