Yuxarı

Cari ilin yanvar-fevral ayında min ton diri ət istehsal olunub

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 1,9% artıb

Bakı. 14 mart. REPORT.AZ/ Ölkədə bitkiçilik məhsullarının əkininə başlanıb. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə aid hesabatında qeyd olunub.

Sənəddə bildirilib ki, martın 1-nə kimi 47,7 min ha sahədə yazlıq bitkilər, o cümlədən 1031 ha sahədə dənli və dənli paxlalılar, 11,0 min ha sahədə kartof, 7,3 min ha sahədə tərəvəz, 28,3 min ha sahədə çoxillik otlar əkilib. Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9% artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3% artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 mln. ədəd, yaxud 7,1% artaraq 257,6 mln. ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6,0% çox tərəvəz istehsal edilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 3,5%, heyvandarlıq məhsulları istehsalı 3,1%, kənd təsərrüfatının ümumi məhsulu 3,1% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi