Bu ilin ilk 4 ayında Azərbaycan Qazaxıstandan 214 min ton taxıl alıb

Bu ilin ilk 4 ayında Azərbaycan Qazaxıstandan 214 min ton taxıl alıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Qazaxıstandan 213,8 min ton taxıl idxal edib.
ASK
26 İyun , 2019 15:27
Bu ilin ilk 4 ayında Azərbaycan Qazaxıstandan 214 min ton taxıl alıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Qazaxıstandan 213,8 min ton taxıl idxal edib.

“Report” bu barədə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumilikdə, bu ilin 4 ayında Qazaxıstan ümumi dəyəri 384,5 mln. ABŞ dolları olan 2,1 mln. ton buğda ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,1%2,1% çoxdur. 

Qazaxıstan taxılının əsas alıcısı Özbəkistan (759,5 min ton), Tacikistan (323,5 min ton), Çin (131,9 min ton), Əfqanıstan (127,6 min ton) və Türkmənistan (115,5 min ton) olub.

Bundan başqa, bu ilin yanvar-aprel aylarında 87,2 min ton buğda Türkiyəyə, 79,3 min ton İtaliyaya, 71,7 min ton isə Rusiyaya ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi