Bu ilin I rübündə Azərbaycandan ixrac edilən ət məhsullarının həcmi açıqlanıb

Bu ilin I rübündə Azərbaycandan ixrac edilən ət məhsullarının həcmi açıqlanıb Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycandan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1 854 baş diri at, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.
ASK
12 Aprel , 2018 12:29
Bu ilin I rübündə Azərbaycandan ixrac edilən ət məhsullarının həcmi açıqlanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycandan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1 854 baş diri at, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumatda bildirilir. 

Bundan başqa, məlumata görə, 3 ay ərzində bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərindəki baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 1 805 kq mal, qoyun, donuz və quş ətinin, iri və xırdabuynuzlu heyvanların 7 248 kq daxili orqanlarının, 873 kq balığın, 17 916 kq süd və süd məhsullarının və 4 245 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilib. Həmçinin, mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran və sağlamlığına dair heç bir sənədi olmayan 305 kq at əti Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi