Bu il üçün baramanın satış qiyməti müəyyən edilib

Bu il üçün baramanın satış qiyməti müəyyən edilib Nazir: "Bu il 250 ton barama istehsalı nəzərdə tutulub"
ASK
9 İyun , 2017 15:58
Bu il üçün baramanın satış qiyməti müəyyən edilib
Report.az

Yevlax. 9 iyun. REPORT.AZ/ Bu il üçün baramanın satış qiyməti müəyyən edilib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Yevlax rayonunda səfərdə olan nazir ölkə ərazisində barama istehsalının başa çatmaq üzrə olduğunu bildirib: "Bu il son 20 ildə ən yüksək məhsuldarlıq əldə edilib. Bu günə qədər 200 ton barama istehsal edilib. Ümumilikdə isə bu il 250 ton barama istehsalı nəzərdə tutulub. Bu çox sevindirici haldır. Hədəflərimiz böyükdür və növbəti ildə daha çox məhsul götürməyi planlaşdırırıq. Ötən il 272 kiloqram barama istehsal edilib, 2015-ci ildə isə 72 kiloqram məhsul əldə olunub. Ötən illərlə müqayisədə bu il barama istehsalı rekord həddə çatıb. Buna səbəb isə bu il Prezident İlham Əliyevin sərəncamına əsasən baramaçılıqla məşğul olan fermerlərə əlavə subsidiyaların verilməsi oldu". 

H.Əsədov əlavə edib ki, əvvəlki illərdə bir kiloqramı 4 manat olduğu halda, bu il 5 manat subsidiya verilməklə bərabər 1 kiloqram baramanın qiyməti 9 manatdır.

Son xəbərlər

Orphus sistemi