Bu il ölkədə bir sıra aqrar məhsulların istehsalında artım gözlənilir

Bu il ölkədə bir sıra aqrar məhsulların istehsalında artım gözlənilir Bu il ölkədə bir sıra aqrar məhsullarının, o cümlədən taxıl, pambıq, meyvə-tərəvəz məhsullarının istehsalında artım gözlənilir.
ASK
4 Mart , 2022 11:46
Bu il ölkədə bir sıra aqrar məhsulların istehsalında artım gözlənilir

Bu il ölkədə bir sıra aqrar məhsullarının, o cümlədən taxıl, pambıq, meyvə-tərəvəz məhsullarının istehsalında artım gözlənilir.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva bildirib.

Onun sözlərinə görə, əkilən sahələrin 60 %-indən çoxunda taxıl məhsulları əkilir: “Ötən il 1 milyon hektar ərazidə taxıl məhsullarının əkini olub. Belə ki, buğda istehsalı 1 milyon 885 min ton olub, hektardan orta məhsuldarlıq isə 32,9 sentner təşkil edib. Arpa istehsalı isə 1 milyon 147 min ton olub, hektardan orta məhsuldarlıq 30,7 sentner təşkil edib. Cari ildə payızlıq taxıl əkin sahələri ötən illə eyni səviyyədə olub, 600 min hektardan çox buğda əkinləri aparılıb, 370 min hektardan artıq arpa əkinləri aparılıb. Arpa və buğda üzrə məhsuldarlıq ötən ilki artım tempi səviyyəsində gözlənilir”.

S. Hacıyeva qeyd edib ki, qarğıdalıda məhsuldarlıq səviyyəsi bu il keçən ilki azalmaya nisbətən bərpa ediləcəyi gözlənilir: “Keçən il pambıq istehsalında da azalma müşahidə edilmişdi, pambıqda məhsuldarlıq 2021-ci ildə 28,5 sentner olmuşdu, bu il 33 sentneri keçəcəyi gözlənilir”.

Nazirlik rəsmisi vurğulayıb ki, bu il meyvə-tərəvəz məhsullarının istehsalında daha yüksək məhsuldarlıq gözlənilir: “Hazırda ölkədə 218,7 min hektar meyvə və giləmeyvə bağları var. Bunlardan 167,7 min hektarı bar verən yaşdadır. Ötən il ölkədə bu bağlardan 1 milyon 205 min ton meyvə və giləmeyvə məhsulu yığılıb. Ölkədə olan mövcud bağların xüsusilə son 3 il ərzində intensiv və super intensiv üsulla salınmış bağların sahəsi artıb. Meyvə və giləmeyvə üzrə son 3 ildə intensiv bağların payı 19,4 %, super intensiv üsulla salınmış bağların sayı isə 2 dəfə artıb. Ümumilikdə meyvə və giləmeyvə bağlarının 15 %-i intensiv və super intensiv bağlar təşkil edir".

Onun sözlərinə görə, ölkədə meyvə və giləmeyvə bağlarının sahəsi ilbəil artır: "2021-ci ildə 5 min 850 hektar sahədə yeni mevə və giləmeyvə bağları salınıb. 2021-ci ildə salınmış yeni bağların 2 321 hektarı intensiv üsulla əkilib, 442,5 hektarı isə super intesiv üsulla əkilmiş meyvə və giləmeyvə bağları təşkil edir. Ötən il Azərbaycanda meyvə istehsalı 6,3 % artıb, bu artım tempinin 2022-ci ildə də davam edəcəyi gözlənilir. Xüsusilə də 2021-ci ildə fındıq istehsalında 37 % artım müşahidə edilib, o cümlədən çəyirdəkli meyvələrin istehsalında artım müşahidə edilmişdi. Bu tempin 2022-ci ildə və növbəti illərdə də davam edəcəyi gözlənilir. Tərəvəz məhsullarının istehsalında həmçinin, faraş kartofun istehsal həcminin artacağı proqnozlaşdırılır. Kartofçuluq üzrə bölgələrimiz Cəlilabad, Şəmkir rayonlarıdır".

Son xəbərlər

Orphus sistemi