Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyasında 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib.
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 rayonun dövlət aqrar inkişaf mərkəzinin rəhbərləri iştirak ediblər.
Kənd Təsərrüfatı naziri
Nazir bildirib ki, hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesinin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, builki mövsümdə hər birində 50 qutu olmaqla Beyləqan və Samux rayonlarında ilk dəfə barama yetişdiriləcək.
Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.