Bu il Gürcüstanın cücə ixracının 64 %-i Azərbaycanın payına düşüb

ASK
  • 20 oktyabr, 2023
  • 13:33
Bu il Gürcüstanın cücə ixracının 64 %-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 3,51 milyon ABŞ dolları dəyərində diri ev toyuğu (cücə) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 12 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın cücə ixrac etdiyi 3 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 5,5 milyon ABŞ dolları dəyərində cücə satıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % çoxdur. O cümlədən, Gürcüstan Ermənistana 1,89 milyon ABŞ dolları dəyərində və İrana 94,6 min ABŞ dolları dəyərində cücə ixrac edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 6,8 milyon ABŞ dolları dəyərində cücə ixrac edib ki, bunun da 4,92 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan cücə tədarükünə çəkdiyi xərci 44 dəfə artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti