Bu il dövlət satınalan təşkilatları üçün 119 mln. manatlıq ərzaq tədarük ediləcək

Bu il dövlət satınalan təşkilatları üçün 119 mln. manatlıq ərzaq tədarük ediləcək Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda həyata keçirilən tədarük-təchizat sisteminin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı müşavirə keçirilib.
ASK
104
26 Sentyabr , 2018 13:36
Bu il dövlət satınalan təşkilatları üçün 119 mln. manatlıq ərzaq tədarük ediləcək
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda həyata keçirilən tədarük-təchizat sisteminin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı müşavirə keçirilib.

“Report” bu barədə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, müşavirədə səhmdar cəmiyyətinin regional bölmə əməkdaşları iştirak ediblər. İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov çıxış edərək indiyə qədər həyata keçirilmiş işlərə qiymət verib və qarşıda duran vəzifələrdən danışıb. O, bildirib ki, 2017-ci ili uğurlu nəticələrlə başa vurmuş qurum növbəti il üçün yerli istehsalçılardan 119 mln. manatdan artıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək dövlət satınalan təşkilatlarının təlabatına yönəldəcək. Dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 163 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Eyni zamanda, daxili bazarın təlabatını ödəmək üçün regionlarda tədarük sistemi fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. İlin 8 ayının yekunlarına görə, dəyəri 72 mln. manat olan 31 min ton məhsul tədarük edilərək təlabata yönəldilib.

Müşavirədə çıxış edən Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, Tədarük və satışın koordinasiyası departamentinin müdiri Azər Ələkbərov payız mövsümündə tədarük-təchizat sisteminin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürdülər. Qarşılıqlı müzakirələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yaxın xarici ölkə bazarlarına ixrac imkanlarının genişləndirilməsi, tədarük-satış zəncirinin gücləndirilməsi ilə bağlı mobil fəaliyyətin təşkili, daxili və xarici bazarlarda gedən qiymət tendensiyalarının izlənilməsi, yerli stehsalçıların məlumat bazasının yaradılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi