Bu il Azərbaycanın pambıq mahlıcının ixracından gəliri 2 dəfədən çox azalıb
ASK
- 29 aprel, 2023
- 13:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin mart ayı ilə müqayisədə 13 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 31,3 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib ki, bu da 2022-ci ilin 3 aylıq göstəriciləri ilə müqayisədə 40,9 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib.
Son xəbərlər
18:50
AzFina rəsmisi: "Azərbaycanda rəsmi gəliri olmayan şəxslərin kreditləşdirilməsi üçün böyük potensial var"
Maliyyə
18:50
Güləş üzrə "Gəncə Kuboku" turniri keçirilib
Fərdi
18:43
Foto
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
Mədəniyyət siyasəti
18:39
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Xarici siyasət
18:37
Foto
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Mədəniyyət siyasəti
18:36
AMB maliyyə sektoru üçün süni intellekt və məlumat idarəetməsi üzrə yeni qaydalar hazırlayır
Maliyyə
18:35
İspaniyanın nəqliyyat naziri: Dəmiryol qəzasından əvvəl siqnalizasiya sistemində nasazlıq olub
Digər ölkələr
18:34
Foto
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Mədəniyyət siyasəti
18:30
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
İnfrastruktur