Bu il Azərbaycanda fermerlər çiyələkdən ikiqat qazandılar - VİDEOREPORTAJ

Bu il Azərbaycanda fermerlər çiyələkdən ikiqat qazandılar - VİDEOREPORTAJ Bu il Azərbaycanda çiyələk daha çox məsuldar olub və fermerlər ikiqat gəlir əldə ediblər.
ASK
9 İyul , 2021 11:57
Bu il Azərbaycanda fermerlər çiyələkdən ikiqat qazandılar - VİDEOREPORTAJ

Bu il Azərbaycanda çiyələk daha çox məsuldar olub və fermerlər ikiqat gəlir əldə ediblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) "Report"un Muğan bürosuna verilən məlumata görə, bu günə qədər rayon ərazisindəki sahələrdən 6 813 ton çiyələk yığılıb.

DAİM-də verilən məlumata görə, "Bu il 500 hektar sahədən 7 min tonda çox çiyələk yığılıb. Ötən il isə 450 hektar sahədən 6500 ton çiyələk yığılıb.

Kartof, taxılçılıq kimi sahələrin ənənəyə çevrildiyi Cəlilabad rayonunda çiyələk artıq təkcə daxili bazarlara deyil, xarici bazarlara da çıxarılır.

Fermerlər builki mövsümdən xeyli razıdırlar. Çiyələk təsərrüfatı ilə məşğul olan fermer Vüqar Musayev məhsuldarlığın artdığını vurğulayıb. O deyib ki, məhsulları yerli bazarlarla yanaşı, Rusiya bazarlarınada ixrac edilir.

Fermer V.Musayev həmçinin bildirib ki, indi dözümlülüyünə görə, "Sallandrio" və "Murano" çiyələk sortları əkilir. Bu sortların məhsulları uzaq yerlərə göndərəndə davamlı olurlar və məhsul zay olmur.

Son xəbərlər

Orphus sistemi