Bu günə qədər Azərbaycanda pambıq qəbulu məntəqələrinə 294,546 min ton məhsul təhvil verilib.
"Report"
Xatırladaq ki, keçən il analoji dövrdə 228 min ton pambıq tədarük olunmuşdu.
Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90%-i kombaynlar vasitəsilə yığılıb.
Qeyd edək ki, bu il Azərbaycanda 100 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 741 hektar), Ağcabədi (10 452 hektar), Biləsuvar (10 257 hektar), Bərdə (10 140 hektar), Beyləqan (9 706 hektar), Sabirabad (8 630 hektar) və İmişli (7 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.