Yuxarı

Azərbaycan Rusiyadan taxıl alışını azaldıb

Rusiyanın ixrac əməliyyatlarını reallaşdırdığı ölkələrin strukturda Azərbaycan bir pillə geriləyib

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyanın ixrac əməliyyatlarını reallaşdırdığı ölkələrin strukturunda 2015/16-cı il mövsümündə dəyişikliklər baş verib. 

"Report"un məlumatına görə, ölkələr arasında nəzərəçarpacaq dəyişikliklər əsasən Azərbaycan və İranda qeydə alınıb. Belə ki, İran Rusiyadan taxılın alışını 2,6 mln. tondan 2 mln. tona kimi, idxalının ümumi həcmdə payını isə 9,5%-dan 6,4%-adək azaldaraq dördüncü yerdə qərarlaşıb. Eyni zamanda Azərbaycan Rusiyadan taxıl idxal edən ölkələrin struktrurunda beşinci yerdən altıncıya düşərək, bir mövqe itirib. Azərbaycan 2015/16-cı il mövsümündə 1,12 mln. ton taxıl alıb, idxalın ümumi həcmdə payı isə 3,6% olub. Ötən il isə bu göstəricilər müvafiq olaraq 1,59 mln. ton və 5,8% təşkil edib.

Rusiyadan dənli bitkilərin alışında Misir Türkiyəni geridə qoyub və birinci olub. Qeyd edilən dövrün iyul-aprel aylarında Rusiya Misir bazarından Fransa buğdasını sıxışdıraraq, 6 mln. tondan çox taxıl satıb. Bu, ötən ilin mövsümündən 1,8 dəfə çoxdur. Rusiya Türkiyəyə 3, 99 mln. ton taxıl ixrac edib. Ötən ildə bu rəqəm 5,5 mln. ton olub. İdxal həcminin azalması Türkiyədə məhsuldarlığın bu il yaxşı olması fonunda göstərilib. Misirin Rusiyadan idxalının ümumi həcmdə payı 12%-dan 19,2%-a yüksəlib. Türkiyənin eyni struktur üzrə göstəricisi isə 20%-dan 12,8%-a düşüb.

Yekunlaşan mövsümdə üçüncü yerə Rusiyadan əsasən arpa idxal edən Səudiyyə Ərəbistanı yüksəlib. Səudiyyə Ərəbistanı Rusiyada bu məhsulun alış həcmini 2014/15-ci il mövsümündəki 2,4 mln. tondan bu il 2,3 mln. tonadək azaldıb. Beləliklə, ölkə idxalın ümumi həcminin payını 8,9%-dan 7,2%-a salıb.

Beşinci sıranı isə bundan əvvəl 11-ci olan CAR tutub. Respublika 1,16 mln. ton taxıl alaraq, 3,7% paya sahib olub. Bu, 2014/15-ci mövsümün iyul-aprel aylarının göstəricisindən iki dəfə (0,59 mln. t) yüksəkdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi