Bu il Azərbaycan Gürcüstanın əsas tərəvəz tədarükçülərindən biri olub

ASK
  • 19 oktyabr, 2023
  • 14:51
Bu il Azərbaycan Gürcüstanın əsas tərəvəz tədarükçülərindən biri olub

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 8,2 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 6,2 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana tərəvəz məhsulları tədarük edən ölkələr (82) sırasında 7-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 317 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 0,7 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 115 milyon ABŞ dolları dəyərində, Türkiyədən 47,4 milyon ABŞ dolları dəyərində, Ekvadordan 26,3 milyon ABŞ dolları dəyərində, Niderlanddan 11,9 milyon ABŞ dolları dəyərində, İtaliyadan 10,3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 454 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bunun da 9,8 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tərəvəz məhsullarının tədarükünə çəkdiyi xərci 11,4 % artıb.