Bu il Azərbaycan fındıq ləpəsi ixracını 23%-dən çox azaldıb

Bu il Azərbaycan fındıq ləpəsi ixracını 23%-dən çox azaldıb Yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 67,4 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub
ASK
3 Noyabr , 2020 16:46
Bu il Azərbaycan fındıq ləpəsi ixracını 23%-dən çox azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan 8,3 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və yaxud 29,06% azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 67,4 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 milyon ABŞ dolları və yaxud 23,3% azdır.

Son xəbərlər

Orphus sistemi