Bu il 940 min hektar ərazidən paxlalı bitki biçilib

Bu il 940 min hektar ərazidən paxlalı bitki biçilib Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,97%-i, yaxud 940,5 min hektarı biçilib və həmin sahələrdən 2691,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% az məhsul götürülüb.
ASK
14 Dekabr , 2017 21:06
Bu il 940 min hektar ərazidən paxlalı bitki biçilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,97%-i, yaxud 940,5 min hektarı biçilib və həmin sahələrdən 2691,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% az məhsul götürülüb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda deyilir.

Məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 35,6 min hektar dən üçün qarğıdalı sahəsindən 226,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,6 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2917,8 min ton olub.

Cari il dekabr ayının 1-nə kimi tarlalardan 889,4 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,1% çox kartof, 1370,5 min ton (10,9% çox) tərəvəz, 437,5 min ton (5,8% az) bostan məhsulları, 923,7 min ton (5,4% çox) meyvə və giləmeyvə, 145,8 min ton (8,4% çox) üzüm, 772,2 ton (22,9% az) yaşıl çay yarpağı, 408,2 min ton (44,0% çox) şəkər çuğunduru, 194,5 min ton (2,5 dəfə çox) pambıq, 30,0 min ton (75,2% çox) dən üçün günəbaxan, 5,1 min ton (41,1% çox) tütün yığılıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 450,1 min ton, süd istehsalı 0,8% artaraq 1847,1 min ton, yumurta istehsalı 6,4% artaraq 1564,9 milyon ədəd, yun istehsalı isə 3,8% azalaraq 15,9 min ton olub.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,9% artıb.

Gələn ilin məhsulu üçün 1034,5 min hektar sahədə şum qaldırılıb, 864,6 min hektar sahəyə dən üçün taxıl, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib.

Son xəbərlər

Orphus sistemi