Bu günə qədər Azərbaycanda 102 032 ton arpa yığılıb

Bu günə qədər Azərbaycanda 102 032 ton arpa yığılıb Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1 139 kombayn cəlb olunub
ASK
101
3 İyun , 2021 18:46
Bu günə qədər Azərbaycanda 102 032 ton arpa yığılıb
0 : 00
0 : 00

İyunun 3-nə olan operativ məlumata görə, Azərbaycanda artıq 36 148 hektar sahədə biçin başa çatıb.

“Report” Kənd Təsərürfatı Nazirliyinə istinadən xəbər verir ki, sahələrdən 102 032 ton məhsul yığılıb.

Hazırda arpa üzrə orta məhsuldarlıq 28,2 sentner təşkil edir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1 139 kombayn cəlb olunub. Bunlardan 403-ü “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır.

“Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 183 kombayn dislokasiya edilib. Arpa biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 553 kombayn da iştirak edir. İndiyədək “Aqroservis” ASC-nin kombaynları tərəfindən 21 402 hektar, fiziki və hüquqi şəxslərin kombaynları tərəfindən isə 14 746 hektar sahədə biçin aparılıb.

Azərbaycanda kütləvi taxıl biçini iyunun ikinci ongünlüyündə başlayacaq.

Son xəbərlər

Orphus sistemi