Braziliya Azərbaycana dondurulmuş hindtoyuğu əti tədarükünü 5 dəfədən çox artırıb

ASK
  • 13 aprel, 2022
  • 06:34
Braziliya Azərbaycana dondurulmuş hindtoyuğu əti tədarükünü 5 dəfədən çox artırıb

2022-ci ilin ilk ayında Azərbaycan xaricdən 298 min ABŞ dolları dəyərində 300,31 ton dondurulmuş hindtoyuğu əti alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,8 % artıb, kəmiyyət olaraq – 34 % azalıb.

Hesabat dövründə Braziliyadan 101,82 min ABŞ dolları dəyərində 125,72 ton, Almaniyadan 80,22 min ABŞ dolları dəyərində 80,25 ton, Rusiyadan 34,36 min ABŞ dolları dəyərində 18,55 ton, Portuqaliyadan 25,42 min ABŞ dolları dəyərində 25,42 ton, İspaniyadan 21,69 min ABŞ dolları dəyərində 25,77 ton məhsul gətirilib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə Braziliyadan tədarük müvafiq olaraq 6,8 dəfə və 5,2 dəfə artıb, Rusiyadan – 36 % və 97 % artıb. Ötənilki yanvarda Azərbaycan Almaniya, Portuqaliya və İspaniyadan dondurulmuş hindtoyuğu əti almayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti