Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq başa çatır

Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq başa çatır Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99450) 234-48-88 nömrəsinə müraciət edə bilər.
ASK
28 Yanvar , 2021 11:34
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq başa çatır

Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatmaq üzrədir.

“Report”un Kənd Təsərrüfatl Nazirliyinə istinadən verdiyi məlumata görə, fermer və sahibkarların yemləmə, yəni tərkibində azot elementi olan gübrələrə tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC mövsümqabağı bütün rayon bölmələrinin anbarlarını kifayət qədər amonium nitrat gübrəsi ilə təmin edib. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kənd və qəsəbələrdə təşkil olunacaq.

Bu dəfə gün ərzində paralel olaraq 9-10 istiqamətdə mineral gübrələrin satışı həyata keçiriləcək. Səyyar satışların həyata keçirildiyi günlərdə fermer və sahibkarlar “Aqroservis”in həmin rayonlarda olan bölmələrinə müraciət etməklə də mineral gübrələr əldə edə biləcəklər.

Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99450) 234-48-88 nömrəsinə müraciət edə bilər.

Xatırladaq ki, 2019-2020-ci illərdə Cəmiyyətimn həyata keçirdiyi səyyar gübrə satışı zamanı 1905 kənd və qəsəbədə 14 879 vətəndaşa səyyar xidmət göstərilib və ümumilikdə 8 066 tondan çox mineral gübrə satılıb. Bunun 3 101 tondan çoxu ammofos, 1 484 tondan çoxu nitroammofoska, 1 695 tondan çoxu karbamid, 1 560 tondan çoxu ammonium-nitrat, 13 tondan çoxu kalium-sulfat, 133 tondan çoxu kükürtlü ammofos gübrəsi təşkil edib.

Fermerlər səyyar satış nöqtələrinə yaxınlaşaraq yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70% hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir. Ödəniş POS-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə yerinə yetirilir.

Son xəbərlər

Orphus sistemi