BMT nümayəndəsi Kənd Qadınları Assosiasiyasının sədri ilə görüşüb

BMT nümayəndəsi Kənd Qadınları Assosiasiyasının sədri ilə görüşüb BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) sədri Gülbəniz Qənbərova ilə görüşüb.
ASK
26 Aprel , 2022 17:13
BMT nümayəndəsi Kənd Qadınları Assosiasiyasının sədri ilə görüşüb

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) sədri Gülbəniz Qənbərova ilə görüşüb.

"Report" xəbər verir ki, AKQA rəhbəri qadın-özünə kömək modelin kənd qadınlarının həyatına gətirdiyi müsbət dəyişikliklər, kollektiv bizneslərin uğuru, Qadın İnkişaf və Müəssisə Qruplarının böyüyərək, hüquqi status almaqla qadın kooperativlərinə çevrilməsi prosesində Assosiasiyanın rolundan danışıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin müşaviri Şəmsiyyə Mustafayevanın da iştirakı ilə reallaşan görüşdə qeyd olunub ki, kənd qadınları regionların sosial və iqtisadi inkişafı üçün gizli və olduqca güclü potensialdır. Bunu təbliğ etmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək və qadınların resurslara çıxışını asanlaşdırmaq onlar üçün təməl ehtiyacdır.

AKQA-nın “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kompaniyasına başlaması da bu baxımdan təqdirəlayiq addımdır. Vladanka Andreyeva bu sahədə məsləhətlər verərək, yaxın zamanda regionlara səfər edərkən Qadın Qruplarına baş çəkmək fikrində olduğunu bildirib.

Görüşün sonunda Gülbəniz Qənbərova Assosiasiyanın rəmzi şərflərini və nişanları BMT əməkdaşlarına hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi