Biləsuvarda ot bağlaması 2 dəfə ucuzlaşıb
ASK
- 19 may, 2024
- 09:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib.
Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiyməti təxminən 2 dəfə aşağı düşüb. Qiymət birinci biçim üçün ötən il 3-3,5 manat olsa da, hazırda bu qiymət 1,5-2 manata qədər enib.
Fermerlər qiymətlərin ucuzlaşmasının səbəbini bu il daha çox sahədə ot bitkilərinin əkini ilə əlaqələndirirlər.
Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il ötən ildəkindən 3 min hektardan çox sahədə yem bitkiləri əkilib.
Son xəbərlər
09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.11.2026)
Maliyyə
09:01
FIBA Avropa Kuboku: "Gəncə" bu gün Türkiyənin "Esenler Erokspor" klubu ilə üz-üzə gələcək
Futbol
09:00
Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir
Biznes
08:58
Qazaxıstan 10 ayda BTC ilə 1,3 milyon tondan çox neft tədarük edib
Energetika
08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.11.2026)
Maliyyə
08:49
Türkiyədə avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Region
08:24
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:21
Si Cinpin: Çin Tayvanla yenidən birləşmə mövzusunda dialoqa hazırdır
Digər ölkələr
08:04
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Daxili siyasət