Biləsuvarda həşəratların zərər vurduğu tut ağacları ikinci dəfə yarpaqlayıb

Biləsuvarda həşəratların zərər vurduğu tut ağacları ikinci dəfə yarpaqlayıb Biləsuvar rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.
ASK
16 Sentyabr , 2024 08:54
Biləsuvarda həşəratların zərər vurduğu tut ağacları ikinci dəfə yarpaqlayıb

Biləsuvar rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri bildirib.

Onların sözlərinə görə, bir müddət əvvəl ziyanverici həşəratların yeyərək məhv etdiyi tut ağaclarının yarpağı yenidən əmələ gəlməyə başlayıb.

Bioloq Vidadi Məmmədov bu halın qeyri-adi təbiət hadisəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, ağacların yay fəslində ikinci dəfə yarpaqlaması məcburi prosesdir:

"Bu hal fotosintez prosesi ilə bağlıdır. Bizim ərazilərdə adətən ağaclar yarpaqlarını noyabrda, ilk şaxtalı havalarda tökür. Lakin bu il proses daha tez baş verib. Ağaclarda hələ qış yuxusuna getmədiyi üçün, özlərini müdafiə səbəbi ilə yenidən yarpaq verməyə başlayıb. Mən yaşlı sakinlərlərlə söhbət etmişəm. Onlar da bildirdilər ki, ilk dəfədir, belə hadisə ilə qarşılaşırlar".

Qeyd edək ki, Biləsuvarda təxminən iyun ayından zərərverici tut odlucası kütləvi halda tut ağaclarının yarpaqlarını yeyərək, məhv edib.

Son xəbərlər

Orphus sistemi