Biləsuvarda əkin sahələrini suvarmaq problemə çevrilib 

Biləsuvarda əkin sahələrini suvarmaq problemə çevrilib  Biləsuvarda 7 minə yaxın əhalisi olan Ağalıkənd kənd sakinləri əkin sahələrini suvarmağa su tapmırlar.
ASK
14 Mart , 2022 17:03
Biləsuvarda əkin sahələrini suvarmaq problemə çevrilib 

Biləsuvarda 7 minə yaxın əhalisi olan Ağalıkənd kənd sakinləri əkin sahələrini suvarmağa su tapmırlar.

Bu barədə kənd sakinləri "Report"un Muğan bürosuna məlumat veriblər.

Onların bildirdiyinə görə, artıq 4 ildir ki, vəziyyət bu gündədir: "İçməyə su belə tapmaqda çətinlik çəkirik".

Həmçinin onların sözlərinə görə, içməli suyu pul verərək maşınlarla alırlar:"Ən böyük problemimiz əkin sahələrini suvarmaqla bağlıdır. Əkin sahələrimiz yanmaq təhlükəsi ilə üz-üzədir. Biz ailəmizi bu torpaqla dolandırırıq. Bəs əkin sahələri yansa, necə olacaq?"

Problem ilə bağlı olaraq Cənubi-Muğan kanalı istismar idarəsinə müraciət etdik. İdarədən bildirildi ki, Araz çayında su kəskin azaldığı üçün problem yaranıb: "Yaxın vaxtlarda kanala su veriləcək və problem həll olunacaq".

Son xəbərlər

Orphus sistemi