Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb
ASK
- 27 may, 2024
- 16:53
Biləsuvar rayonunda bu il taxıl əkini aparılan sahələr 5 min hektara yaxın azalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, ötən il 39 min 270 hektar sahədə taxıl əkini aparılıb. Lakin bu il əkin aparılan sahələr 34 min 295 hektara düşüb.
Fermerlərin sözlərinə görə, bunun əsas səbəbi ötən ilin yaz mövsümündə kəskin su qıtlığı və havanın quraq keçməsi olub.
Uzun müddət atmosfer çöküntüləri (yağış, çiskin, duman, qar) olmadığı üçün rayonda taxılçılığın əsas bazasını təşkil edən dəmyə taxıl sahələri ciddi şəkildə quraqlıqdan məhv olub. Dəmyə taxıl sahələrində də bu səbəbdən azalma müşahidə olunur.
Qeyd edək ki, cari ildə rayon ərazisində əkilən taxılın 9 min 974 hektarını buğda, 24 min 321 hektarını isə arpa sahəsi təşkil edir.
Son xəbərlər
17:36
Foto
Göyçayın kəndində içməli su layihəsinin icrası başa çatıb
İnfrastruktur17:34
Azərbaycan və Qazaxıstan ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
Xarici siyasət17:33
Salyanda bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq ölüb - YENİLƏNİB
Hadisə17:32
Foto
"Bir Elin Manifesti" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Daxili siyasət17:31
Bakının Leyla Məmmədbəyova küçəsində maşınla hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur17:21
Azərbaycan I Liqasında ötən ilin dekabrında vurulmuş ən yaxşı qolun müəllifi mükafatlandırılıb
Futbol17:14
UEFA-nın 51-ci Konqresinin keçiriləcəyi ölkə açıqlanıb
Futbol17:11
"Sumqayıt" yeni futbolçusu ilə müqavilənin detallarını açıqlayıb
Futbol17:10