Beynəlxalq ekspert: "Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir"

Beynəlxalq ekspert: "Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir" Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir.
ASK
21 May , 2024 12:35
Beynəlxalq ekspert: Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir

Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir.

"Report" xəbər verir ki, bunu Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının baş direktoru Niko Horn Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

O qeyd edib ki, bitkilər həyatın əsasıdır və bitkiləri qorumaq həyatı qorumaq deməkdir: "Bitkilərin mühafizəsinin vacibliyi Qida Təhlükəsizliyi Agentliyinin bu forumu təşkil etməsi ilə bir daha vurğulanır. Bitki sağlamlığının kənd təsərrüfatı məhsullarının istehsalındakı və ticarətindəki rolunu müzakirə etmək gözəldir. Bitki sağlamlığı beynəlxalq məsuliyyətdir, bu sahədə həm milli, həm də beynəlxalq əməkdaşlığa ehtiyac var. Bu, zərərvericilərin yayılmasının transsərhəd xarakteri və iqlim dəyişikliyinin təsirləri ilə bağlıdır".

"Azərbaycan və digər region ölkələri, ümumilikdə bütün üzv ölkələrin ekspertləri ilə əməkdaşlığı gücləndirmək üçün bu ilin sonunda Bakıda görüşməyi səbirsizliklə gözləyirəm" - deyə ekspert əlavə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edir.

21-22 mayda baş tutacaq forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi