Yuxarı

Bərdədə regional müşavirə keçiriləcək

Tədbir kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə həsr olunacaq

Bakı. 3 mart. REPORT.AZ/ Bərdə rayonunda martın 4-də “Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu” mövzusunda regional müşavirə keçiriləcək. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, tədbirdə aparatın Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, Elmi Tədqiqat Əkinçilik İnstitutunun, Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Zərdab, Beyləqan, Fizuli, Goranboy, Yevlax, Ucar, Kürdəmir rayonlarında fəaliyyət göstərən yerli qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi