Belarusdan Azərbaycana məhsul ixracı ötən il 14,2 % artıb

Belarusdan Azərbaycana məhsul ixracı ötən il 14,2 % artıb Belarus ötən ildə Azərbaycana məhsul ixracını 14,2 % artırıb.
ASK
11 Fevral , 2022 14:15
Belarusdan Azərbaycana məhsul ixracı ötən il 14,2 % artıb

Belarus ötən ildə Azərbaycana məhsul ixracını 14,2 % artırıb.

“Report” xəbər verir ki, bu barədə Belarus Kənd Təsərrüfatı Nazrliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Ötən il Belarus, təxminən, 6,7 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib.

“Bütün MDB ölkələrinə ümumilikdə 5,5 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub. Azərbaycana (14,2 %), Qazaxıstana (11,5 %), Qırğız Respublikasına (68,3 %), Moldovaya (27,5 %), Tacikistana (11,2 %), Özbəkistana (30,7 %) və Ukraynaya (24,4 %) məhsul ixracında artım qeydə alınıb”, - nazirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi