"Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi" dəyişib

"Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi" dəyişib Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi”nə dəyişiklik edib.
ASK
13 Mart , 2023 17:03
 Baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi dəyişib

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi barədə müqavilə nümunəsi”nə dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir İnam Kərimov yeni qərar imzalayıb.

Dəyişikliklə bundan sonra baytarlıq xidmətlərinin icraçısından “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçməsi, eləcə də baytarlıq xidmətləri ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tələb olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Xatırladaq ki, Nazirlər Kabineti martın 10-da “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 13 sentyabr 2006-cı il və “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 30 yanvar 2007-ci il tarixli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, heyvan xəstəliklərinin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər ölkə prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq EKTİS-ə daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi