Yuxarı

Baytarlıq Laboratoriyasına avadanlıqların alınması üçün tenderin açılışı olub

Elanlar bir sıra qəzet və agentliklərin internet səhifəsində dərc olunub

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “Respublika Baytarlıq Laboratoriyası üçün tələb olunan avadanlıqların alınması və quraşdırılması” üçün malların alınması məqsədilə keçirilən açıq tender üzrə təqdim olunan tender təkliflərinin açılışı olub. 

“Report” nazirliyin məlumatına istinadən bildirir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb.

Komissiyanın sədri, nazir müavini Seyfəddin Talıbov bildirib ki, tender haqqında elanlar Kənd Təsərrüfatı Nazirliyinin və Satınalmalar üzrə Dövlət Agentliyinin internet portallarında yayımlanan, həmçinin “Xalq” qəzetində və qəzetin internet səhifəsində, BMT-nin “Development Business” onlayn qəzetində dərc olunub. Bu vaxt ərzində iddiaçılar tenderin əsas şərtlər toplusunu əldə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi