Baytarlara güzəştlərin verilməsi təklif olunur

Baytarlara güzəştlərin verilməsi təklif olunur Özəl baytarlığın genişləndirilməsi heyvandarlığın inkişafına səbəb olacaq.
ASK
31 Avqust , 2021 11:57
Baytarlara güzəştlərin verilməsi təklif olunur
Tahir Rzayev

Özəl baytarlığın genişləndirilməsi heyvandarlığın inkişafına səbəb olacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi özəl baytarlıqla bağlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə müəyyən güzəştlər olmalıdır: "Bəzən böyük sayda mal-qaraya sahib olan fermerlər baytarlıqdan yararlanmırlar. Burda müəyyən standartlar tətbiq edilməlidir. Özəl baytarlığın tətbiqində könüllülik, rəqabət qabiliyyətinin artırılması əsasında həyata keçirilirsə, daim nəzarət olmalıdır. Öhdəsində on baş iri buynuzlu mal-qarası olan hər fermer müqaviləyə cəlb edilməlidir. Bu qanunvericilikdə də öz əksini tapmalıdır. Fermerlər birləşib baytar həkim işə cəlb etməlidir".

Son xəbərlər

Orphus sistemi