Balakəndə üçüncü Beynəlxalq Xurma Festivalı keçirilir - FOTO

Balakəndə üçüncü Beynəlxalq Xurma Festivalı keçirilir - FOTO Balakən rayonunda Beynəlxalq Xurma Festivalının açılış mərasimi keçirilib.
ASK
26 Oktyabr , 2019 10:31
Balakəndə üçüncü Beynəlxalq Xurma Festivalı keçirilir - FOTO

Balakən rayonunda Beynəlxalq Xurma Festivalının açılış mərasimi keçirilib. 

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, tədbirdə nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edirlər.

Festivalın rəsmi açılış mərasimi Heydər Əliyevin adına Mədəniyyət və İstirahət Parkında baş tutub. Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkib, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olublar.

Parkda, həmçinin xurmadan hazırlanan məhsulların-bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib. 

Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi