Balakəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə başlanılıb

Balakəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə başlanılıb Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.
ASK
17 Yanvar , 2020 14:40
Balakəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə başlanılıb

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.

Bu barədə”Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Balakən rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Hazırda Agentliyin Balakən Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir.

Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Balakən rayonunda cari ildə mövcud olan 38 min baş iribuynuzlu, 37 500 baş xırdabuynuzlu heyvan, 1 300 baş təkdırnaqlı, 4 200 baş it və 200 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Balakən Rayon Baytarlıq İdarəsinin 11 sahə baytarlıq məntəqəsi tərəfindən 2019-cu il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 3 587 baş iribuynuzlu, 35 ana qoyun və 702 baş qoçlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3 300 baş iribuynuzlu heyvanda vərəm (allergik), 702 baş qoçda infeksion epidedimit (seroloji) və 1000 baş atda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

Həmçinin başa vurduğumuz 2019-cu ildə rayonda 44 240 (o cümlədən 5 340 başı cavan) baş iribuynuzlu, 37 340 baş xırdabuynuzlu, 1 800 baş təkdırnaqlı heyvanda qarayara, 91 065 (o cümlədən 13 210 başı cavan) baş iribuynuzlu, 74 910 baş xırdabuynuzlu heyvanda dabaq, 44 494 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 1 250 baş iribuynuzlu heyvanda leptospiroz, 37 345 baş xırdabuynuzlu heyvanda çiçək, 6 765 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) və 5 150 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4 909 baş itdə quduzluq, 380 200 baş cücədə (“La-sota” vaksini ilə) və 269 400 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb, eləcə də 6 660 kvadratmetr sahədə profilaktik və 2 150 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi