Yuxarı
    Bağlamaq

    Bakıda torpaq islahatlarına dair konfrans keçirilir

    Elmi-praktiki konfrans iki gün davam edəcək

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Ümumrespublika elmi-praktiki konfransı işə başlayıb.

    “Report” nazirliyə istinadən xəbər verir ki, konfransın əsas məqsədi “Torpaq islahatı haqqında” qanunun imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilən nailiyyətləri ictimaiyyətin nəzərinə çatdırmaq, bu sahədə görülən və görüləcək işləri müzakirə etmək, kənd təsərrüfatının inkişaf istiqamətlərini, hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün səylərin birləşdirilməsinə nail olmaqdır.

    Konfransda “Torpaq islahatı, torpaqlardan səmərəli istifadə”, “Aqrar iqtisadiyyat, kənd təsərrüfatının iqtisadi inkişaf istiqamətləri” və “Əkinçilik, kənd təsərrüfatı istehsalının inkişafı, ərzaq təhlükəsizliyi” bölmələri üzrə məruzələr dinləniləcək.

    Qeyd edək ki, konfrans iki gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi