Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar açıqlanıb - SİYAHI

Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar açıqlanıb - SİYAHI Yarmarkaların təşkil olunacağı yerlər artıq müəyyənləşdirilib
ASK
29 Avqust , 2017 14:59
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar açıqlanıb - SİYAHI

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar məlum olub.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. 

Yarmarkaları Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri birlikdə təşkil edəcək. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-də yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi 26 Keşlə bazarınınyanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8) və Yasamal rayonunda (Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyəti) təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi