Bakıda orqanik qida yarmarkası keçiriləcək

Bakıda orqanik qida yarmarkası keçiriləcək İyunun 21-23-də Bakıda orqanik qida yarmarkası keçiriləcək.
ASK
17 May , 2019 14:30
Bakıda orqanik qida yarmarkası keçiriləcək

İyunun 21-23-də Bakıda orqanik qida yarmarkası keçiriləcək. 

Bu barədə "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova məlumat verib. 

"Şirkətimiz həmin yarmarkanın təşkilatçılarından biridir. Hazırda orqanik qida istehsal edən fermerlərlə danışıqlar aparırıq, onlara məhsullarını bu yarmarkada satmağı təklif edirik”, - o deyib. 

Bundan başqa, L.Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi şirkət bu il ölkədə oqranik qida istehsalı sahəsində təlimlər keçirməyi planlaşdırır: "Bu məqsədlə xaricdən mütəxəsislər dəvət etməyi də düşünürük”. 

O, həmçinin bildirib ki, bu ilin sonuna qədər şirkət "Kənddən şəhərə" brendi altında daha 3 mağaza açmaq istəyir. 

Xatırladaq ki, "Dövlət Aqrar Ticarət Şirkəti" 2018-ci ildə təsis edilib.Şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi