Bakı. 2 yanvar. REPORT.AZ/ Bakıda yanğın hadisəsi qeydə alınıb.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda sahibi məlum olmayan “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.