Bakıda mayın ortasında iki sərgi keçiriləcək

Bakıda mayın ortasında iki sərgi keçiriləcək Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edir
ASK
2 May , 2017 19:58
Bakıda mayın ortasında iki sərgi keçiriləcək

Bakı. 2 may. REPORT.AZ/ May ayının 17-19-da "Baku Expo Center"də regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan-2017”) və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (“Ipack Caspian-2017”) sərgiləri keçiriləcək.

Bu barədə “Report”a təşkilatçılar məlumat veriblər.

Sərgi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin əsas təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi