Yuxarı

​Bakıda fermer qadınlarla bağlı kampaniyanın təqdimatı keçirilib

Kampaniyanın əsas məqsədi həmin qadınları ictimaiyyətə tanıtmaq, problemlərini işıqlandırmaq və bu sahəfə çalışan qadınları həvəsləndirməkdir

Bakı. 6 mart.REPORT.AZ/Bu gün Bakıda Avropa İttifaqının (Aİ) dəstəyi ilə "Oksfam" təşkilatının icra etdiyi "Azərbaycanda Milli Strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək Layihəsi" çərçivəsində "Qadın Ərzaq Qəhrəmanı" kampaniyasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalında yeni texnologiyalar tətbiq edən, öz təsərrüfatını genişlədirərək uğur qazanan, sağlam qidanın vacibliyini təbliğ edən, öz ailəsinə və icmasına töhfə verən nümunəvi qadın fermerləri ictimaiyyətə təqdim etmək, qadın fermerlərin qida və ərzaq təhlükəsizliyindəki rolunu qiymətləndirməkdir.

Toplantıda bildirilib ki, bu gün Azərbaycanda qadınlar ölkə əhalisinin 50,2%-ni təşkil edir. Kənd yerində yaşayan ümumi əhalinin 25,3%-i, şəhər əhalisinin isə 24,9%-i qadınlardır.

Təqdimatda qeyd olunub ki, rəsmi statistikaya görə, qadınlar əhalinin kənd təsərrüfatı sahəsində çalışan hissəsinin 56,7%-ni təskil edir. Qeyri-rəsmi statistikada bu rəqəm 85%-dir, birbasa işi fermer təsərrüfatı ilə məşğul olmaqla bərabər, kənd təsərrüfatı sahəsində çalışıb, bunu ayrıca bir iş kimi görməyən, rəsmi statusu olmayan və buna görə əmək haqqı almayan qadınlar da bu statistikanın tərkibindədir.

Kampaniya çərçivəsində seçilən qadınlar öz təsərrüfatlarını genişləndirmək, bazara çıxış, harda yaşamasından asılı olmayaraq məlumatlara çıxış imkanı əldə edəcəklər.

Aksiyada əsas məqsəd həmin qadınları ictimaiyyətə tanıtmaq, problemlərini işıqlandırmaq və bu sahədə çalışan qadınları həvəsləndirməkdir.

Nəticə olaraq, kampaniya çərçivəsində seçilən və qalib olan qadınların vasitəsilə yerlərdə "vəkil"lər seçiləcək və kənd təsərrüfatı sahəsində çalışan qadınların problemlərinin işıqlandırılması və həlli üçün işlər görüləcək.

Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlar Konfederasiyası, o cümlədən yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi